Gün ərzində gördüyümüz yuxular şüuraltımızın nəticəsidir. Göz qapaqlarımızı bağladıqdan sonra zehnimiz şüuraltımızda olan ən maraqlı gizli nüansları yuxu halında qarşımıza çıxarır. Hər birini xatırlamasaq da əslində gün ərzində ortalama 4 və ya 5 yuxu görürük.
32gun.az məlumat verir ki, yuxunun 5 əsas növü var: normal, gündüz yuxuları, kabuslar, yalançı və aydın yuxular.
Bunlardan ən çox diqqəti çəkən normal yuxulardır. Normal yuxular ən geniş yayılmış təcrübələrdən doğan və tanıdığımız insanlarla bağlı olan yuxulardır. Bu zamanı yuxu gördüyümüzdən tam xəbərdar olmuruq. Yuxudan oyananda tez-tez onları unuduruq.
Aysel Şirinova