Çinin Xubey əyalətinin Yiçan şəhərinin Yilinq vilayətində güclü külək olub.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Küləkdə restoranın bağçasında olan çadır hərəkət etməyə başlayıb. Restorandakı müştərilər uçmaması üçün çadırı tutsalar da hadisənin qarşısını ala bilməyiblər.
10 nəfərin havaya qalxması nəticələnən hadisə zamanı 2 nəfər yerə çırpılıb.
Qeyd edək ki, xəsarət alanlardan 1-i restoranın sahibidir.
Aysel Şirinova