Keniyada polis maşınının keçdiyi zaman yola döşənmiş minanın partlaması nəticəsində 8 polisin həyatını itirdiyi bildirilib.
32gun.az xarici KİV-ə istinadən bidlirir ki, Şimal-Şərqi Bölgə komissarı Con Otieno mətbuata verdiyi açıqlamada bu barədə məlumat verib.
O təhlükəsizlik qüvvələrini daşıyan avtomobilə mina hücumu edildiyini bildirib.
"Biz bu hücumda 8 polis əməkdaşımızı itirdik. Biz təhlükəsizlik qüvvələrini və minik avtomobillərini hədəf alan hücumlarda Eş-Şəbabdan şübhələnirik".
Hücumun Somali sərhədinə yaxın Qarissa bölgəsində həyata keçirildiyini qeyd edən Otieno, terror təşkilatı Eş-Şəbabın bundan öncə də eyni bölgəyə hücum etdiyini xatırladıb.
Qeyd edək ki, Somalidəki hücumları ilə gündəmdə olan Eş-Şəbab qonşu Keniyada da hücumlar təşkil edir.
Ayxan