Nigeriyada içərisində 300-ə yaxın insanın olduğu qayıq batıb.
32gun.az məlumat verir ki, hadisə qonaqlar toydan qayıdarkən baş verib. Hadisə zamanı 100-dən çox insan boğularaq dünyasını dəyişib.
Xeyli sayda insan isə ətrafdakıların köməyi ilə xilas edilib.
Faciə zamanı onlarla insanın itkin düşdüyü bildirilir. İçərisində uşaqların da olduğu qayıqda itkin düşənlərin axtarışları davam etdirilir.
Aysel Şirinova