Adanada dəhşətli hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Serkan S.-nin (24) pitbull iti qonşusu Hande Solmazın (32) bəslədiyi sahibsiz pişiklərə hücum edib.
Özəl mühafizə fəaliyyəti ilə məşğul olan H.Solmaz bunu görüb evdən çıxıb. Solmaz itin sahibi qonşusu Serkan S-yə reaksiya göstərib,
Ona reaksiya verən Solmazın burnunu sındıran Serkan S. saxlanılıb. Lakin barəsindəki ittihamları qəbul etməyən Serkan S. məhkəmənin verdiyi qərarla o şərti olaraq sərbəst buraxılıb.
Yaşadığı dəhşəti izah edən Solmaz "Bu adam bizim məhəlləyə köçəndən bir ilə yaxındır ki, küçədəki pişiklərdən əziyyət çəkir. O, itini daim nəzarətsiz qoyur və pişiklərə hücum edir.
İt hücum edə bilər, onun təbiətində var, amma qonşumuz həmişə mənimlə mübahisə edirdi ki, sanki bütün məhəllənin pişikləri mənimdir.
“Bu pişikləri buradan yığacaqsan, ya gedəcəksən, ya da qırğın olacaq”, “Bir güllə mənim səni öldürməyimə bəsdir” kimi təhdidlər edib.
“Məni hədələyirsən?” deyəndə mənə hücum etdi. Döyməyə başladı. Burnum qırılıb. Şikayət etmişəm. Hücum etməsi ilə bağlı protokol hazırlanı. Onun barəsində həbs-qətimkan tədbiri seçilsə də, məhkəmə nəzarəti ilə sərbəst buraxılıb. Qərardan apellyasiya şikayəti verəcəyəm. Daim öldürməklə hədələyir" deyə qeyd edib.
Ayxan


