Fransanın Orlean şəhəri yaxınlığındakı "Amazon" anbarının uzun müddətdir ki, “siçanların işğalına məruz qaldığını” göstərən görüntülər yayımlanıb.
32gun.az xəbər verir ki, Fransanın BFMTV kanalının yaydığı kadrlarda şəhərin Saran rayonunda "Amazon"un məhsullarının, o cümlədən ərzaqların saxlandığı anbarda qutuların arasında siçanlar müşahidə olunub.
Görüntülər nəticəsində bəzi həşəratların ölü olduğu və anbarın antisanitar şəraitdə olması da məlum olub.
İşçilər və müştərilər problemlə bağlı şirkətə dəfələrlə narazılıqıarını bildirsələr də hələ də çıxış yolunun tapılmamasından narahatdırlar.
Narazılıqlara cavab olaraq şirkət anbarda dəfələrlə zərərvericilərlə mübarizə qrupunun işlədiyini, siçanlarla təmasda olan bağlamaların müştərilərə göndərilmədiyini iddia edib.
Aysel Şirinova