DÜNYA ÖZ XƏBƏR

Gəlinlə qayınata arasında şortik üstündə dava düşdü

Gəlinlə qayınata arasında başlayan geyim mübahisəsi gəlinin qayınatasını polisə şikayət etməsi ilə nəticələnib.

32gun.az xəbər verir ki, Çində baş vermiş ailədaxili münaqişənin maştabı böyüyərək sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, qayınatasını ziyarət edən gəlinin geyindiyi qısa şortik onun narazılığına səbəb olub.

Yemək süfrəsi arxasında gəlinlə qayınata arasında mübahisə yaranıb. Mübahisə nəticəsində qayınata əsəbiləşərək süfrədəki isti yeməyi gəlinin üzərinə töküb. Gəlin isə hadisəni sosial şəbəkəsində paylaşıb və qayınatasını polisə şikayət edib. 

Aysel Şirinova

Oxşar Xəbərlər