DÜNYA ÖZ XƏBƏR

Mərkəzdəki otelin eyvanındakı asılmış meyit sakinlərini qorxuya saldı - Şəhərə gələn turist intihar edibmiş (FOTO+VİDEO)

Dünən axşam saatlarında ”Taksim” meydanında yerləşən 8 mərtəbəli lüks oteldə dəhşətli hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, 28 yaşlı ABŞ vətəndaşı Pauya Parsa otelin 8-ci mərtəbəsində otağının eyvanının məhəccərinə kəndir bağlayaraq intihar edib.

Taksimdə turistlər və vətəndaşlar otelin qarşısında asılmış meyiti görəndə şoka düşüblər.

Əcnəbi vətəndaş otelə dünən hadisənin baş verdiyi gün giriş edib. 

Otel işçilərinin məlumatından sonra hadisə yerinə polislər, xilasedicilər və səhiyyə əməkdaşalrı sövq edilib. 

Olay yerinə gələn həkimlər Pauya Parsanın öldüyü bildirib. Yanğınsöndürmə briqadaları Pauya Parsanı asılı qaldığı balkondan götürüblər. Polislər otel otağında və ətrafında araşdırmalar aparıb. 

Yoldan keçən turistlər və vətəndaşlar yaşadıqları şokdan sonra dəhşətli hadisəni mobil telefonları ilə lentə alıblar.

Ayxan

AW918987_06

AW918987_02

taksim

Oxşar Xəbərlər