DÜNYA ÖZ XƏBƏR

Taksi şoferi iş yoldaşını bıçaqladı - Arvadı ilə sevgi macərasına görə

Taksi şoferləri arasında yaranan mübahisə 15 illik həbs cəzası ilə yekunlaşıb. 

32gun.az xəbər verir ki, Taylandda 2 taksi şoferi arasında başlayan mübahisə böyüyərək bıçaqlanma ilə nəticələnib. 

Belə ki, 36 yaşlı Samprasit adlı  şofer arvadının iş yoldaşı ilə birgə ona xəyanət etdiyini iddia edərək mübahisəni başladıb. Hadisə şahidlərinin sözıərinə görə təxminən 15 dəqiqə davam edən mübahisə nəticəsində Samprasit küçənin ortasında öz iş yoldaşını bıçaqlayıb. 

Məhkəmənin qərarı ilə hadisəni törədən şəxsə 15 il həbs cəzası veriləcək. Hadisəni törətdiyini etiraf etdiyi təqdirdə isə cəzası yüngülləşərək 10 il ola bilər.

Aysel Şirinova

Oxşar Xəbərlər