Boluda dəhşətli hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, İlamat Metal Zavodunda istehsalat işləri zamanı kran fəhlələrin - İsmayıl Danışman (24) və Berat Yaylacının (24) üzərinə düşüb. Ağır yaralanan fəhlələri görən həmkarları vəziyyətlə bağlı təcili yardıma məlumat veriblər.
Hadisə yerinə gələn təcili yardım əməkdaşları İsmayıl Danışmanın öldüyü bildirib. Ağır yaralanan Berat Yaylacıya ilkin tibbi yardım göstərildikdən sonra müalicəsi üçün xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 2018-ci ildə qurulan İamet Metal Zavodunda son 5 ildə 4 fəhlənin istehsalat qəzaları nəticəsində həyatını itirdiyi bildirilib.
Ayxan