DÜNYA ÖZ XƏBƏR

20 yaşlı futbolçu intihar etdi

20 yaşındaki ingilis futbolçu Jay Carr intihar edib. 

32gun.az xəbər verir ki, futbolçunun meyidi evinin yaxınlığındakı meşədən tapılıb. Araşdırmalardan sonra futbolçunun intihar etdiyi məlum olub. 

İntihar hadisəsinin detayları isə hər kəsi kədərə boğub. 

Belə ki, futbolçu vəfat edən anasına morgda təcavüz edildiyini öyrənəndə buna dözməyərək intihar edib. 

Morg canavarı təxəllüsü ilə tanınan David Fullerin 101 qadına təcavüz etdiyi də məlum olub. 

Qeyd edək ki, Jay Carrın 2015-ci ildə qardaşını itirdikdən sonra psixoloji travma aldığı da bildirilib.

Aysel Şirinova

Oxşar Xəbərlər