Sosial media platforması olan "TikTok"la bağlı baş verən olay hər kəsin təəccübünə səbəb olub.
32gun.az xəbər verir ki, aralarında məşhurların da olduğu "TikTok" istifadəçiləri hamilə qadına 13 milyon təklif edərək bətnindəki uşağını tələf etməsini istəyiblər.
Polis hadisə nəticəsində "Tiktok"un 1,2 milyard türk manatı dəyərində zərər gördüyünü müəyyən etdikdən sonra şübhəlilərə qarşı əməliyyat başladıb. Əməliyyat nəticəsində fenomenlər də daxil olmaqla 120 nəfər saxlanılıb.
Polisin araşdırmalarından sonra faktla bağlı yeni məlumatlar ortaya çıxıb.
Məlum olub ki, saxlanılanlardan By Hünkar istifadəçi adı ilə profili olan Ahmet D zərəçəkmiş Çağla Çağlayanı silahla təhdid edərək dərman içirdib və uşaq tələf olub.
Yaşadıqlarını canlı yayında danışan Çağan Çağangül isə::
" By Hünkar sən mənim uşağımın qatilisən. Dilimin altına dərman qoyaraq uşağımı öldürtdün" deyə bildirib.
Aysel Şirinova