Koreyada baş verən dəhşətli cinayət ölkə gündəmini zəbt edib.
32gun.az xəbər verir ki, 30 yaşlı ana yenicə doğulmuş 2 körpə uşağını öldürüb və meyitlərini uzun müddət soyuducuda saxlayıb. Məhkəmə prosesində qadın cinayəti törətdiyini etiraf edib. Hadisəni niyə törətdiyi barədə sual verildikdə isə "12, 10 və 8 yaşlı digər üç uşağıma baxmağa maddi gücüm çatmadığı üçün öldürdüm" deyə cavab verib.
Hadisənin təfərruatları isə hər kəsin təəccübünə səbəb olub.
Belə ki, araşdırmalar nəticəsində məlum olub ki, qadın 2018-ci ildə bir uşağını, 2019-cu ildə isə digərini boğaraq öldürüb. Həyat yoldaşına isə uşaqları bətnində tələf etdiyini deyib.
Körpələrin xəstəxanada qeydiyyatda olmaları isə cinayətin üzə çıxmasına səbəb olub.
Məhkəmə prosesinin bitməsindən sonra qadının həbs olunacağı bildirilib.
Aysel Şirinova