Titanik filminin rejissoru Ceyms Kemeron Titan sualtı qayığının başına gələn fəlakəti bir neçə gün əvvəl proqnozlaşdırdığını açıqlayıb.
32gun.az xəbər verir ki, 1997-ci ildə ekranlara çıxan, Kate Winslet və Leonardo DiCaprionun rol aldığı əfsanəvi filmin rejissoru Kemeron bazar günü "Titan" yoxa çıxanda başqa bir gəmidə olduğunu və xəbəri bazar ertəsi aldığını açıqlayıb.
O, həmçinin sualtı qayığın naviqasiyasını, həm də rabitəsini eyni vaxtda itirməsi nəticəsində fəlakətin baş verdiyini proqnozlaşdırdığını deyib:
"Mən nə baş verdiyini sümüklərimə qədər hiss etdim. Sualtı qayığın elektron və rabitə sistemi eyni vaxtda sıradan çıxdı, radio ötürücü cavabsız qaldı... bunlar artıq mənə işarə idi".
Aysel Şirinova