Adı açıqlanmayan fransalı turist Avstraliyanın Freyzer adasındakı K'qari çimərliyində çöl itinin hücumuna məruz qalıb.
32gun.az xarici Kİv-ə istinadən bildirir ki, 20 yaşlarında olduğu təxmin edilən turist qadın heç nədən xəbərsiz uzanıb günəş vannası qəbul edərkən qəfildən vəhşi it onun yanına gələrək omba nahiyəsindən dişləyib.
Qorxunc anlar saniyə-saniyə lentə alınıb.
Bildirilib ki, canavar və it cinslərinin hibridi olduğu bildirilən çöl itləri daha əvvəl də eyni bölgədə 10 yaşlı uşağa oxşar şəkildə hücum ediblər. Mütəxəssislər xüsusilə turistləri diqqətli olmağa çağırıb.
Ayxan