“Şər yolu seçən hər kəs özünü məhv edəcək”
32gun.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyada baş verənlərə münasibət bildirərkən deyib.
Zelenski "Başqa ölkənin həyatını məhv etmək üçün əsgər göndərir və onların qaçıb xəyanət etməsinə mane ola bilməz. Rusiya öz əsgərlərini və muzdlularını torpağımızda nə qədər uzun müddət saxlasa, bir o qədər xaos, iztirab və problemlər olacaq. Onun özü bunlarla ilə üz-üzə qalacaq” deyə qeyd edib.
Qeyd edək ki, dünən axşam saatlarında Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, “Vaqner” qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralanan var.
Bundan sonra Priqojin “25 minlik ordu ilə” Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq “hərbi çevrilişinə cəhd” maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib. “Vaqner”in artıq Rostovu və Voroneji ələ keçirdiyi, hazırda isə Moskvaya doğru hərəkət etdiyi bildirilir.
Ayxan