DÜNYA ÖZ XƏBƏR

Çevriliş cəhdinin baş verdiyi Rostovda diqqətçəkən görüntü: Təmizlik işçisi əsgərlərin və tankların olduğu yerdə... (VİDEO)

Xəbər verdiyimiz kimi, Rusiyada hərbi çevrilişə cəhd olub. “Vaqner”in “25 minlik ordu ilə artıq Rostovu və Voroneji ələ keçirdiyi, hazırda isə Moskvaya doğru hərəkət etdiyi bildirilib.

Rusiyanın Rostov şəhərində iğtişaşdan sonra küçələrə düşən əsgərlər və onları heyrətlə izləyən camaatdan sonra təmizlik işçisinin paylaşılan görüntüləri də gündəm olub. 

32gun.az xrici KİV-ə istinadən bidirir ki, görüntülərdə  əsgərlər və tanklar arasında işçinin həddən ziyadə sakit şəkildə təmizlik işləri aparması yer alıb. 

Qeyd edək ki, ötən gün axşam saatlarında Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, “Vaqner” qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralanan var.

Bundan sonra Priqojin “25 minlik ordu ilə” Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq “hərbi çevrilişinə cəhd” maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.

Ayxan

Oxşar Xəbərlər