Ərzurumda dəhşətli hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istimadən bildirir ki, evinin təmiri üçün qum daşımaq istəyən 24 yaşlı Hüseyn Ayın üzərinə qaya parçası düşərək ölüb.
Hadisə ilə bağlı məlumatda qeyd edilib ki, Hüseyn və qardaşı Emirhan Ay traktorla Kapıkaya məhəlləsində köhnə qum karxanasına gedib.
Kürəklə iş görən Hüseyn Ay qum karxanasının yuxarı hissəsindən düşən iri qaya parçasının altında qalıb.
Qardaşının xəbər verməsindən sonra hadisə yerinə gələn Təcili Tibbi Yardım əməkdaşları sövq edilib. Olay yerinə gələn həkimlər Ayın öldüyünü müəyyən ediblər. Ayın cəsədi dövlət prokurorunun araşdırmasından sonra Tortum Dövlət Xəstəxanası meyitxanasına aparılıb.
Ayxan