Hindistanda 2 həftə ərzində 20 nəfəri öldürən vəhşi meymunun nəhayət tutulub.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, dünyanın ən çox axtarılan meymunu Trankvilizator iynəsi ilə zərərsizlışdirilib. İynədən sonra hərəkətsiz qalsm meymun qəfəsə salınıb.
Hindistanın Madhya Pradeş əyalətində 2 həftə ərzində 8-i uşaq olmaqla 20 nəfəri öldürən meymun panika yaradıb.Səlahiyyətlilər meymunun başına 200 sterlinq (təxminən 450 manat) mükafat qoyulmuşdu.
Madhya Pradesh ştatındakı vəhşi təbiət mütəxəssisləri meymunun yerini müəyyən etmək üçün drondan istifadə ediblər və sonda onu tutmağa nail olublar.
Bildirilib ki, meymunun tez-tez evlərin damında və pəncərə eşiklərində gözləyərək insanlara hücumu edib. Hücum edilənlərin əksəriyyəti ağır yaralanıb.
Ayxan