DÜNYA ÖZ XƏBƏR

Çoban 28 baş inəyi oğurladı - 3,5 milyona satıb

Türkiyənin Denizli ərazisində çoban baxdığı inəkləri oğurlayaraq 3 milyona satıb.

32gun.az xəbər verir ki, müdürünün evdən uzaqlaşmasını fürsət bilən çoban maşın tutaraq 28 baş mal-qaranı oğurlayıb. 

Çoban oğurluq hadisəsinə dostlarını da alət edib. Onlar oğurladıqları heyvanları 3,5 milyon türk lirəsinə  başqa şəxsə satıblar.

Geri döndükdə mal-qaranın yerində olmadığını görən ev sahibi polisə şikayət edib. 

İstintaq nəticəsində heyvanlar çobanın satdığı şəxsdən geri qaytarılıb.  Araşdırmalardan sonra çobanın başqa 4 cinayətdə də əlinin olduğu məlum olub.

Hadisə nəticəsində  4 nəfər şübhəli bilinərək tutulub. 

Aysel Şirinova

Oxşar Xəbərlər