DÜNYA ÖZ XƏBƏR

Yanan meşədə kəmərlə boğulmuş halda tapılan cəsədin kimliyi bəlli oldu (FOTO)

Xəbər verdiyimiz kimi, Antalyanın Kaş və Muğlanın Marmaris rayonlarında meşə yanğınları baş verib.  Marmarisdə yanğın bölgəsində söndürmə işləri zamanı yanan meşəlik ərazidə kəmərlə boğulmuş bir kişi cəsədi tapılıb.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, yanğının meyitin yandırılması nəticəsində başladığı müəyyən edilib və meyitin kimliyi də bəlli olub. 

9bcfebaa3e81abc31033addb7819ad71

Bölgədə polis əməkdalarınən apardığı araşdırmalar nəticəsində, çoxsayda  təhlükəsizlik kamerası görüntülərinin tək-tək araşdırılması və vətəndaşlarla aparılan danışıqlar nəticəsində cəsədin Belçika əsilli 32 yaşlı Khiari Məhəmmədə aid olduğu müəyyən edilib.

Ekspertiza zamanı boğularaq öldürüldüyü təsbit edilən cəsədin Belçika əsilli Khiari Muhemmedə (32) aid olduğu müəyyən edilib. 

Məhəmmədin qohumlarının şəxsiyyət və DNT uyğunluğu üçün Türkiyəyə çağırıldığı bildirilib. 

2 prokurorun təyin edildiyi hadisə ilə əlaqədar olaraq polis şübhəli və ya şübhəlilərin tutulması üçün işlərini davam etdirir.

739c4d0f4c2c9d3bd7a20a1061e5e907

Bildirilir ki, Havadan 9 helikopter və 6 təyyarə, 6 pikap, 2 ilk müdaxilə maşını, 34 çiləyici, 17 su təchizatı maşını, 6 dozer, 6 qoşqu, 13 mikroavtobus, 5 yanacaq tankeri, 1 mobil təmir maşını, 1 yanğınsöndürmə maşını, 20 texniki personal. , 18 meşə mühəndisi və 380 işçi torpaqdan müdaxilə edilib. Muğla Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyinin dəstəyi ilə aparılan söndürmə işləri ilə 3 saatda nəzarət altına alınan yanğında 5 hektar meşə sahəsi zərər görüb. 

Hadisə baş verən gün saxlanılan M.A adlı şəxs bölmədəki ifadəsindən sonra sərbəst buraxılıb.  

Ayxan 

Oxşar Xəbərlər