HADİSƏ
“Mercedes” aşdı, sürücü öldü
Goranboyda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi olub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Faxralı kəndi ərazisində baş verib.
Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində sürücü, 1967-ci il təvəllüdlü Mahir Quliyev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.