Antalyada dəhşətli hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, H.Y (31) avtomobilini icazəsiz aldığı səbəbiylə mübahisə etdiyi, özü kimi trans olan dostu M.K (33) tərəfindən küçənin ortasında bıçaqlanıb və təpiklənib.
M.K bir müddət sonra hadisə yerindən qaçıb. Xəsarət alan H.Y ayağa qalxaraq yaxınlıqdakı mağazalardan birinə sığınıb. Hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib.
Marketin girişində səhiyyə əməkdaşlarının ilkin müdaxiləsindən sonra H.Y. təcili yardımla Xəstəxanaya aparılıb.
Hadisəni törədən M.K isə polislər tərəfindən qısa müddətdə tutulub.
Bıçaqlanma hadisəsi əraizdəki bir iş yerinin təhlükəsizlik kamerasına yansıyıb.
Ayxan





