DÜNYA ÖZ XƏBƏR

İranda 3 nəfər edam edildi

İranın Hörmüzqan əyalətində zorakılıq ittihamı ilə mühakimə olunan 3 nəfər edam edilib.

32gun.az xəbər verir ki, Hörmüzgan Baş prokuroru Mücteba Kahramani edam hökmünün icra edildiyini açıqlayıb.

Kahramani bildirib ki, 2021-ci ildə zorakılıq ittihamı ilə həbs edilən 3 nəfərin edam hökmü bu səhər Bəndər Abbas həbsxanasında icra edilib. İranın baş prokuroru edam edilənlərin adlarını açıqlamasa da, bu şəxslərin lisenziyasız gözəllik mərkəzi işlətdiyini və sosial mediada qadınlar üçün tələ qurduğunu bəyan edib.

Aysel Şirinova

 

Oxşar Xəbərlər