DÜNYA ÖZ XƏBƏR

İtini gəzdirərkən itkin düən yeniyetmə 8 ildən sonra tapıldı - Hər kəsi OKA SALAN OLAY

ABŞ-ın Texas ştatının Hyuston şəhərində 2015-ci ildə evinin yaxınlığında iti gəzdirərkən yoxa çıxan və həmin vaxt 17 yaşında olan Rudi Farias tapılıb.

32gun.az xarici KİV-ə istinadın bildirir ki, Texas polisi Hyustonun cənub-şərqində kilsənin qarşısında huşsuz vəziyyətdə görünən bir şəxsin xəbərindən sonra hadisə yerində araşdırma aparıb. 

Şəxsiyyəti müəyyənləşdirən polis bu şəxsin 8 il əvvəl 17 yaşında yoxa çıxan Farias olduğunu müəyyən edib.

Rəsmilər Fariasın yoxa çıxdığı zaman harada olmasının hələlik məlum olmadığını və o, xəstəxanada müalicə olunduğunu açıqlayıb.

Bildirilir ki, Farias 2015-ci il martın 6-da iki iti ilə evinin yaxınlığında gəzərkən yoxa çıxıb.Polisin araşdırması nəticəsində itlər tapılsa da, 17 yaşlı oğlandan xəbər alınmayıb.

Texas axtarış-xilasetmə qruplarının bildirdiyinə görə, ailəsi Fariasın itdiyi zaman ona depressiya diaqnozu qoyulduğunu və yolunu azmış ola biləcəyini bildirmişdi.

Ailəsi 2018-ci ildə Fariası qohumunun evinin bağçasında görmək şübhəsi ilə polisə müraciət etsə də, itkin düşən uşağın izi tapılmayıb.

Ayxan 

Oxşar Xəbərlər