DÜNYA ÖZ XƏBƏR

“Hilton Otel”in 33-cü mərtəbəsindən özünü atdı, sağ qaldı - İntihara cəhd

İzmirin Konak rayonunda 33 mərtəbəli “Hilton” otelinin damına çıxaraq intihara cəhd edib.

32gun.az xəbər verir ki, gənc qız təsadüfən yanğınsöndürənlərin açdığı kətanın üzərinə düşüb.

Xəstəxanaya aparılan gənc qızın müalicəsinin davam etdiyi öyrənilib.

Hadisə ilə bağlı məlumatda A.E.-ni (20) boş otelin damında görən vətəndaşlar vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər. Xəbərdarlıq üzərinə ünvana polis, təcili yardım və yanğınsöndürmə briqadaları sövq edilib. 
Yanğınsöndürənlər tərəfindən dayandığı eyvanın altında xüsusi tor (brezent) açılıb. Təxminən 1,5 saat ərzində polis və xilasetmə əməkdaşları tərəfindən razılaşdırılmağa çalışan A.E hər şeyə rəğmən, 33 mərtəbəli otelin damından özünü boşluğa buraxıb. Hadisə ilə bağlı polis tərəfindən araşdırma başlatıldığı bildirilib.

Ayxan

Oxşar Xəbərlər