DÜNYA ÖZ XƏBƏR

Çində təbii fəlakət - 15 nəfər öldü 4 nəfər itkin düşdü

Çinin Çunqinq şəhərində leysan yağışların səbəb olduğu daşqınlarda 15 nəfər həyatını itirib, 4 nəfər isə itkin düşüb.

32gun.az xəbər verir ki, günlərdir davam edən şiddətli yağış 30 milyon nəfərin yaşadığı kənddə 15 nəfərin ölümünə 4 nəfərin isə itkin düşməsinə səbəb olub. 

Daşqından ən çox zərər çəkən  Çjençjou bölgəsinə isə  təbii fəlakətlə mübarizə məqsədilə 2500-dən çox şəxsi heyət göndərilib.  On minlərlə insan evlərindən təxliyə edilib, gölə çevrilən küçələrdə köməksiz qalanlar qayıqlarla xilas edilib.

Qonşu Sıçuan əyalətində də 460 mindən çox insan güclü yağışlardan zərər çəkib. Hökumətin məlumatına görə, 85.000-dən çox insan evlərindən təxliyə edilib.

Aysel Şirinova

 

Oxşar Xəbərlər