İspartada tibb bacısı işləyən həyat yoldaşı Selver Bulutu (48) öldürən Mustafa Bulut (67) keçirilən sonuncu məhkəmə iclasında arvadının xəyanətini oğlu vasitəsilə öyrəndini deyib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, M.Bulut özünü öldürmək qərarına gəlib və həyat yoldaşına birlikdə intihar etmək təklifi etdiyini iddia edib.

Eşitmə problemi olduğunu deyən Mustafa Bulut 10 səhifəlik hazırladığı müdafiəni məhkəmə sədrinə təqdim edib. Məhkəmə sədri ondan həyat yoldaşı ilə evləndiyi gündən hadisə baş verən günə qədər olan prosesi izah etməyi xahiş edib. Həyat yoldaşı Selver Bulutla 1993-cü ildə sevgi dolu ailə qurduqlarını və 2 oğul övladının olduğunu bildirən Bulut, övladlarının universitet təhsilinə başlamasından sonra maddi sıxıntı yaşadıqlarını, evlərini sataraq Eğirdirdə məskunlaşdıqlarını, həyat yoldaşının da bura təyin edildiyini bildirib. . Bu dövrdə həyat yoldaşının depressiyaya düşməsi səbəbindən uşaqlarının qadağan olunmuş maddələrdən istifadə etməyə və spirtli içki qəbul etməyə başladığını iddia edən Bulut, "Kənardan hər şey mükəmməl idi, amma mənə 3 psixopat qaldı. Ailə anlayışı yox idi. Həyat yoldaşıma bu evliliyi bitirmək istədiyimi söylədim.
O, ağladı və sızladı.
Əslində "blef" edirdim və onun boşanmaq istəməməsi xoşuma gəlmişdi.
Kiçik oğlum narkotikdən sağalıb bizim yanımıza qayıtdı. Həyat yoldaşım mənə əvvəlkindən daha yaxın idi və mənə ailə istiliyini hiss etdirdi.

Arvadının kiçik oğlu ilə anlaşa bilmədiyini, oğlunun ona "Bu qadını tərk et, səni zəhərləyər, özünə, yeyib-içdiyinə diqqət et" dediyini qeyd edən ata Mustafa Bulut sözlərinə belə davam edib:
"O, anasını təhqir edib, söyüş söyürdü. Bundan sonra polisə məlumat verdim, uzaqlaştırma qərarı verdirdim. Oğlum evdən gedərkən mənə "Anamın 4 müxtəlif kişi ilə münasibəti var, oturub danışaq” dedi. Mən ona inanmadım. Oğlum Marmarisə getmişdi. Oradan qayıdıb bir mənzildə məskunlaşdı.
Bir gün qaldığı mənzilə gedəndə kompüterdə anasının telefonunun GPS siqnalı verdiyi yerləri, söhbətləri, yazışmaları göstərdi. Beynimdən qaynar su töküldü. Selverdən gözlənilməz bir şey oldu.Oğlumdan hələlik heç kimə heç nə deməməsini xahiş edib evə getdim. Bu hadisə 2 ay əvvəl baş verib. Oğlum pis bir şey etməyimdən narahat idi və daim məni yoxlayırdı. Həyat yoldaşıma heç nə deməmişdim".
Bu hadisələr qarşısında nə edəcəyini düşündüyünü və çarəni intihar etməklə tapdığını bildirən Bulut, bir müddət sonra həyat yoldaşının oğlunun kompüterində olanları göstərdiyini və onun heç nə demədiyini bildirib.
Daha sonra Eğirdirdən köçməyə qərar verdiklərini bildirən Bulut, həyat yoldaşına intihar etmək fikrində olduğunu söylədiyini söyləyib. Hadisə baş verən axşam həyat yoldaşı ilə şam yeməyi yediklərini, daha sonra həyat yoldaşının mövzunu yenidən gündəmə gətirdiyini bildirən Bulut, hadisə anını belə deyib:
"“İntihar etmək fikrinə düşəndə “intihar edəcəksənsə, gəl birlikdə edək” dedi. Tüfəngi divanın altından çıxarıb stolun üstünə qoydum.
Mənə xəyanət etdiyini etiraf etdi və olayı danışdı. Getdi, divanda arxası üstə uzandı və gözlərini yumdu.
Bu zaman tüfəngi götürüb onun başına vurdum. Başının sol hissəsi zədələnmişdi, sifətində heç bir xəsarət izi yox idi. Üzünü sığalladım, əllərinə, ayaqlarına toxundum. Həyat yoldaşıma atəş açmamışdan əvvəl 112-yə zəng etdim. Polislər gələndə özümü güllələyəcəkdim. Arvadımın yanında uzanıb gözləməyə başladım. Həmin vaxt yuxuya getmişdim.
Cütlüyün şahid qismində dinlənilən oğlu şübhələndiyi üçün anasının telefonuna casus proqramı quraşdırdığını və 6 gündür izlədiyi telefonda anasının 4 fərqli kişi ilə yazışmalarını aşkarladığını bildirib.
Ayxan