Keçmiş sevgilisinin ən yaxın dostu ilə danışdığını öyrənən şəxs dəhşət saçıb.
32gun.az Türkiyə KİV-nə istinadən bildriir ki, Keçmiş sevgilisi və dostları tərəfindən qaçırılaraq İstanbuldan Kocaeliyə gətirilən gənc qız məhkəmədə yaşadığı qorxulu anları göz yaşları içində danışıb. Saxlan;lanlar tərəfindən döyüldüyünü deyən gənc qız "Uzun müddət məni öldürmək və meşədə basdırmaq üçün yer axtarırdılar. Mənə belə edəcəklərini söylədilər.
Öldürüb basdırmaq üçün yer qazdılar, Ancaq həmin ərazidən avtomobillərin çox keçdiyin görüb yola dava etdilər. Mən qaçmaq istəyəndə hamısı məni döydü".
Hdisə ilə bağlı məlumatda qeyd edilib ki, İ İstanbulda yaşayan E.S adlı gənc qız sosial media hesabından E.A (24) ilə tanış olub. Bir müddət sonra E.A ən yaxın dostu B.S.-nin əvvəllər E.S. ilə sevgili olduğunu öyrənib.
Bu durumun ortaya çıxması ilə E.A gənc qızla ilə görüşərək , onu B.S-nin yanına gətirib. E.A, B.S və 3 dostu döyülərək qaçırılan gənc qızı dəhşət yaşadıblar. Maşına zorla mindirilərək meşəyə aparılan gənc qız həm döyülüb, həm də hədələnib.
E.S, Şimali Mərmərə şossesinin Kocaeli keçidində maşının sürətinin azalmasından istifadə edərək şübhəlilərdən qaçaraq qurtulub. Qorxu dolu anlar yaşayan gənc qız magistral yoldakı kassa işçilərinin yanına qaçaraq kömək istəyib. Bu zaman şübhəlilər hadisə yerindən qaçıblar.
İddianamədə gənc qızın qaçdığı magistral yolda silah və kürəklərin olduğu da qeyd edilib. E.S-nin şikayəti əsasında B.A. (21), B.K. (23) və Ç.K. tutulub. Hadisədə şübhəli bilinən B.S-ni yaxalamaq mümkün olmayıb. İfadələri alınan şəxslər gətirildikləri məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib. 3 ay həbsdə qalan Ç.K. məhkəmə nəzarəti şərti sərbəst buraxılıb.
Ayxan