MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Robert De Nironun nəvəsinin ölüm səbəbi bəlli oldu

“Oskar” mükafatlı aktyor Robert De Nironun  neçə gün öncə  dünyasını dəyişən 19 yaşlı nəvəsi Leandro De Niro Rodriqesin ölüm səbəbi bəlli olub. 

32gun.az xəbər verir ki, aktyorun nəvəsinin narkotikdən dünyasənə dəyişib. 

Belə ki, 19 yaşlı gəncin anası açıqlamasında oğlunun fentanil tərkibli həblər səbəbindən dünyasını dəyişdiyini bildirib:

"Kimsə onun aludəçisi olduğunu bilirdi, amma yenə də fentanil tərkibli həbləri satırdı. Beləliklə, hələ də onları alıb satan bütün bu insanlar üçün oğlum həmişəlik yox oldu". 

Babası kimi aktyor olmaq istəyən Leandro De Niro Rodriqes "Bir Yıldız Doğulur " (A Star Is Born), "Cabaret Maxime" və "The Collection" adlı layihələrdə rol alıb. 

Xatırladaq ki, Daily Mail-in xəbərinə görə, Leandro De Niro 1 milyon dollar dəyərində bir evdə, ağ toz maddənin yanında ölü tapılmışdı.

Ayxan

Oxşar Xəbərlər