Bir gündə dünya gündəmini zəbt edən "Vaqner" üsyanından sonra rəhbər Priqojinin evinə rus qüvvələri basqın edib.
32gun.az xəbər verir ki, Priqojinin evindən çıxanlar rusları dəhşətə gətirib. Priqojinin Sank-Peterburqdakl malkanəsinə basqın zamanı rus silahlı qüvvələri Priqojinin düşmənlərinin kəsilmiş başlarının fotoşəkilləri, timsahlar və müxtəlif pariklərlə dolu şkafla qarşılaşıblar.
Vaqner liderinin tez-tez fərqli cildə girməsi və bu zaman pariklərdən istifadə etməsini əks etdirən fotoşəkillər rus telegram kanallarının əsas mövzusu olub.
Digər tərəfdən, axtarışlar zamanı malikanədə çoxlu pasportlar, ibadət otaqları və kiçik bir xəstəxana aşkar edilib.
Diqqət çəkən məqam isə divardakı rəsm tablosu olub. Rəsmdə isə Priqojinin düşmənlərinin öldürüldüyü və başlarının kəsildiyi göstərilir.
Aysel Şirinova
