Ərəb əsilli 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra iğtişaşların səngimədiyi Fransa yeni qanun layihəsi qəbul edib.
32gun.az xəbər verir ki, bu qanuna görə artıq Fransa hüquq-mühafizə orqanları şübhəli şəxslərin telefonlarına uzaqdan nəzarət edə biləcək. Onlar texniki cihazlardakı məkan, mikrafon və kamera funksiyalarını uzaq məsafədən izləyərək həmin şəxsin harada olduğundan xəbərdar ola biləcəklər. Qanunun iğtişaşlardan əvvəl Fransa senatında müzakirə olunduğu bildirilib.
Qeyd edək ki, bu qanun ən azı 5 illik həbs cəzası verilən cinayətlər zamanı tətbiq ediləcək.
Aysel Şirinova