İsrail əsgərləri ilə fələstinlilər arasında qarşıdurma baş verib.
32gun.az xəbər verir ki, İsrail əsgərlərinin işğal altındakı Köhnə Nablus şəhərinə basqını nəticəsində 2 fələstinli həyatını itirib, 1 nəfər isə yaralanıb. İsrail əsgərləri hücum nəticəsində bölgədəki bir evi də mühasirəyə alıblar. Fələstin KİV-lərinin yaydığı məlumata görə, İsrail qüvvələri şəhərə Qüdsdən daxil olub.
Xatırladaq ki, İsrail Dövlətinin uzun müddətdir ki, bütün hökumət qurumlarını Qüdsdə saxlamasına baxmayaraq, fələstinlilər də şəhəri Fələstinin əsas nöqtəsi olaraq tanıyırlar, lakin heç bir iddia beynəlxalq səviyyədə tanınmır.
Qeyd edək ki, iyulun 3-dən İsrailin Ceninə hücumu nəticəsində başlanan qarşıdurmada ümumilikdə 4-ü uşaq olmaqla 12 fələstinli həyatını itirib, 20-si ağır olmaqla 120-yə yaxın adam yaralanıb.
Aysel Şirinova