Türkiyənin Bursa şəhərində Adem Ərgünər adlı polis ailəsindən 4 nəfərin həyatına son qoyub.
32gun.az xəbər verir ki, polis anası Bedriye (67), qardaşları Mehmet (40) və Remzi (45) və qardaşı arvadı Fatma Ergüneri (39) tapança ilə öldürüb.
Polisin araşdırmasından sonra cinayətin təfərrüatları məlum olub.
Belə ki, 6 ildir Xüsusi Təyinatlı Polis Dəstəsində (özəl hərəkət) çalışan Adəm 175 min lirəyə satdığı avtomobilinin pulunu podratçı olan qardaşı Mehmet Ergünerə verib və ondan özünə ev tikməsini istəyib. Daha sonra evin tikilmədiyini görən polis əməkdaşı qardaşından pulu geri tələb edib. Belə olan halda pulun miqdarında razılaşa bilməyən qardaşlar arasında mübahisə yaranıb.
Bir müddət sonra Adəm qardaşəna zəng edərək görüşmək istədiyini deyib. Qardalnln ailə üzvləri ilə birlikdə gəldiyini görən Adəm onlara atəş açıb.
Hadisə zamanı orada olan bacısı Songül isə məhkəmədə ifadəsi zamanı "Anama silahı uzadanda onu vurmaması üçün yaıvardım. Məni öıdür amma ona dəymə dedim. Faydası olmadı. Anamın ağzlndan qan gəldiyini görəndə artıq öldüyünü anladım" deyə o bildirib.
Cinayətkar isə hakimin ona ünvanladığı sualların heç birinə cavab verməyərək psixolji müalicə aldığını növbəti məhkəmə prosesinə qədər susmaq haqqından istifdadə etmək istədiyini bildirib.
Aysel Şirinova