Türkiyənin İstanbul şəhərində emalatxana əməkdaşı qulaqcıqla iş gördüyü üçün dostu tərəfindən güllələnib.
32gun.az xəbər verir ki, hadisəni törədən şəxs işçinin dostu olub.Belə ki, dostu ilə bir gün əvvəl mübahisə edən şəxs onun iş yerinə gəlib. Dostunun qulaqcıqla iş gördüyünü və onu eşitmədiyini gördükdə isə əsəbi halda ondan qulaqcığı çıxarmasını tələb edib. Tələbinə məhəl qoyulmadıqda iki dost arasında mübahisə yaranıb.
Mübahisə nəticəsində iş yerinə gəlmiş dostu cibindən çıxardığı silah ilə ona ardıcıl güllə yağdırıb.
Hadisəni törətdikdən sonra o emalatxananı rahatlıqla tərk etsə də polis əməkdaşları onu tutub və barəsində həbs qətimkan tədbiri müəyyən olunub.
Aysel Şirinova