DÜNYA ÖZ XƏBƏR

Ərdoğan və Əminə Ərdoğan Litvada rəsmi şam yeməyinə qatılıblar

 

NATO ölkələrinin liderləri və həyat yoldaşları Litva Prezidenti Gitanas Nauseda tərəfindən verilən şam yeməyində bir araya gəlib. 
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, yeməkdə prezident Ərdoğan və xanımı Əminə Ərdoğan da iştirak edib. 
Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı ilə birlikdə gəldiyi şam yeməyində ABŞ adından xarici işlər naziri Entoni Blinken iştirak edib.

Nauseda və həyat yoldaşı qonaqlarını qapıda qarşılayıb. Nahara NATO ölkələrinin müdafiə və xarici işlər nazirləri də toplaşıb.
Ayxan

Oxşar Xəbərlər