İstanbulda qan donduran hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, 4 mərtəbəli binanın 3-cü mərtəbəsindəki mənzildə cəsəd olması xəbərindən sonra polis hərəkətə keçib. Təcili hadisə yerinə gedən polis əməkdaşları qan donduran hadisə ilə qarşılaşıb. Dondurucuda kişi bədən hissələri tapılıb.
Soyuducuda parçalanmış kişi meyiti tapılıb. Məhəllə sakini hadisə ilə bağlı bunları deyib:
"Səhər saat 06:30-da polis gəldi. Polislər meyiti buradan çıxardılar. Əlavə bir dənə də soyuducu da çıxardılar. Deyəsən, meyiti parçalayıblar. Parça-parça çıxarıblar".
Ayxan

