DÜNYA ÖZ XƏBƏR

Avtomobilini yuyanlar cərimələnəcək - Bu ölkədə

Almaniyada avtomobilini  yuyan şəxslər 100 avro cərimələnəcək.

 32gun.az xarici KİV-ə istinadən bildirir ki, Federal Ştatda avtomobili öz həyətinizdə kimyəvi təmizləyicilərlə yumaq qanunla qadağandır.

Bu səbəbdən avtomobilini yumağı planlaşdıran vətəndaşların müvafiq idarədən icazə almaları tövsiyə olunub. 

Qeyd edək ki, bu qadağa Almaniyada tətbiq edilən "Su Resursları Qanunu"na əsasən müəyyən olunub. Belə ki, hökümət bu qanunlarla zəhərli və suyu çirkləndirən maddələrin yeraltı sulara qarışmasının qarşısını almağa çalışdığını bildirib.

Aysel Şirinova

Oxşar Xəbərlər