SOSIAL
İcra Başçısından qanunsuz əməl - 3 bağçanın direktorunu vəzifəsindən azad etdi
Qazax rayonu Daş Salahlı kənd 1 saylı körpələr evi uşaq bağçasının direktoru Sultanova Təranə Möhübbət qızı vəzifəsindən uzaqlaşdırılıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun əmri ilə direktor işindən azad edilib. Onun yerinə Xəlilova Zülfiyyə Manaf qızı təyin edilib.
Bunu keçmiş direktor Sultanova Təranə saytımıza təsdiqləyib. Təranə Sultanova bildirib ki, məzuniyyətdə olarkən, qanunsuz olaraq işdən çıxarıblar.
Əldə etdiyimiz digər məlumata görə, R.Babaşovun əmri ilə Daş Salahlı kənd 2 saylı uşaq bağçası və Daş Salahlı kənd 3 saylı körpələr evi uşaq bağçasın da direktorları vəzifələrindən azad edilib. Həmin direktorların da yerinə yeniləri təyin olunub.
Nilufər
