Dənizlidə qan donduran qətl hadisəsi baş verib.
32gun.az Türkiyə KİV-nə istinadın bildirir ki, Kahramanmaraşdan gəlib zəlzələdən sonra şəhərdə məskunlaşan Ümit Mutlu Akpınar (24) həyat yoldaşı Büşra Akpınar (26) və ögey oğlu Macit Gülə (4) bıçaqlayaraq öldürüb.
Hadisə ilə bağlı məlumatda bildirilir ki, dünən baş verən olaydan sonra həbs edilən Akpınar polisə verdiyi ifadədə hər şeyi etiraf edib.
Hadisənin Akpınarın ögey oğlunun vəlayətini istəmədiyi üçün həyat yoldaşı ilə mübahisə edib. Elə qətl hadisəsi də bundan sonra baş verib.
Ümit Mutlu Akpınar mətbəxdən götürdüyü bıçaqla həyat yoldaşını dəfələrlə bıçaqlayıb. Akpınar həyat yoldaşının əvvəlki evliliyindən olan oğlu Macit Gülə də bıçaqla hücum edib, o, anasının qışqırtısını eşidib və eyvana qaçıb.
Ana və oğul dünyasını dəyişib. Ana və oğulun cəsədləri yarılmadan sonra məmləkəti Kahramanmaraş'a göndərilib.Bıçaqla saxlanılan şübhəli Ümit Mutlu Akpınar polis bölməsindəki əməliyyatlarından sonra sövq edildiyi məhkəmə tərəfindən həbs edilib.
Ayxan