SON DƏQİQƏ: Bloger "Nikosayağı" qəzaya düşdü: Ölən var
01:08 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub, briqadalar dərhal hadisə yerinə cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan vətəndaş Şakirli Nicat (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Rüstəmov Fəxri (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.
Hazırda onlara zəruri tibbi xidmət göstərilir.
Qəza nəticəsində 1 həkimə qədər ölüm qeydə alınıb.
03:03
Xəbər verdiyimiz kimi, bu gün Bakının Heydər Əliyev prospektində ağır qəza baş verib.
AZXEBER.COM xəbər verir ki, Nikosayağı kimi tannınan bloger Nicat Şakirlinin idarə etdiyi "Porşe" markalı avtomobil "Kamaz"la toqquşub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli medianın sorğusuna cavab olaraq bildirib ki, qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb.
Bundan başqa hadisə vaxtı yolda hərəkəti tənzimləyən polis əməkdaşını da avtomobil vurub, ayağından xəsarət alıb.
Yol polisi ərazidə hərəkətin maneəsiz təşkili istiqamətində tədbirlər görür.
02:45
Sosial şəbəkələrdə "Nikosayağı” adı ilə tanınan bloger Nicat Mütəllimov qəzaya düşüb.
AZXEBER.COM-un məlumatında görə, hadisə Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.
N.Mütəllimov idarə etdiyi "Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bloger və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.