HADİSƏ

Son dəqiqə: Azərbaycanda zəlzələ oldu (YENİLƏNİB)

Masallı-Cəlilabad rayonlarının inzibati sərhədində zəlzələ olub. 

Respublika Seysmoloji Xidmət Mərkəzindən 32gun.az-a bildirilib ki, yeraltı təkanların maqnitudası 4.9, dərinliyi 13 km olub. Zəlzələ episentrdə 4 baldan artıq, yaxın ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

01:46

Cəlilabadda zəlzələ olub. 

Respublika Seysmoloji Xidmət Mərkəzindən 32gun.az-a verilən xəbərə görə, zəlzələnin maqnitudası 5-ə yaxındır.  Stansiyalardan verilən məlumata görə, zəlzələ Yardımlı və Lerikdə hiss olunub. Beyləqan və Saatlıda  zəif hiss olunub. 

***
01.26

Azərbaycanda zəlzələ baş verib.
Zəlzələ Cəlilabad rayonu ərazisində qeydə alınıb.

Oxşar Xəbərlər