“Vaqner”in lideri Yevgeni Priqojinin ölümü Rusiyada daxili çaxnaşmaya səbəb ola bilər"
32gun.az xəbər verir ki, bu sözləri Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.
Geraşenko rəsmi Telegram hesabından son hadisələri dəyərləndirərək, “Vaqnerin rəhbərləri Yevgeni Priqojinin və Zaporojye vilayətinin qondarma “lideri” Dmitri Utkinin ölümünü sözdə təsdiqləyiblər. Priqojinin təyyarəsinin qəzaya uğraması, onun təyyarədə olub-olmamasından və əmri kimin verməsindən (Putin və ya başqası) asılı olmayaraq, Rusiyada ciddi daxili böhrana səbəb ola bilər",- deyə bildirib.
Aysel Şirinova