Türkiyənin Çanaqqala ərazisində baş verən yanğın zamanı heyvanlarını xilas etmək istəyən şəxs ölümdən dönüb.
32gun.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə yanğın zamanı tövləyə girən ev sahibinin əlləri və üzü yanıb.
66 yaşlı şəxsə xəstəxanada müdaxilə edildikdən sonra evinə buraxılıb. Heyvanlarını alovdan çıxarmaq üçün çox mübarizə apardığını deyən Zeki Dəmir 35 baş xırdabuynuzlu heyvanı xilas edə bilmədiyini bildirib. Dəmir, yanğın zamanı otlaqda olan digər heyvanların yanğından zərər görmədiyini də deyib.
Yanğının küləklə meşə sahəsindən gəldiyini və külün tövlənin yanına düşdüyünü deyən ev sahibi, nəticədə tövlə ilə bərabər evin alovlanmağa başladığını deyib. Zərərçəkmiş sakinin sözlərinə görə ev yarasız hala düşüb və heç bir əşyanı çıxartmaqları mümkün olmayıb.
Aysel Şirinova


