ABŞ-nin keçmiş prezidenti Donald Tramp Corciya ştatında 2020-ci il seçki saxtakarlığında irəli sürülən ittiham əsasında təslim olub.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə Tramp axşam saatlarında güclü mühafizə heyəti ilə birgə rəsmi həbs prosedurlarından keçmək üçün Fulton qraflığının həbsxanasına gəlib. Aprel ayından bəri 4-cü dəfə həbs olunan Trampın barmaq izləri götürülüb. Bu iş çərçivəsində 200 min dollar olaraq təyin olunan girov məbləğini ödəyən Tramp təxminən 20 dəqiqəyə həbsxanadan çıxıb.
Şəxsi təyyarəsinə minməzdən əvvəl mətbuata açıqlama verən Tramp seçkinin nəticələrinə qarşı olduğunu və buna haqqının olduğunu bildirib:
"Bu işlər ədaləti ələ salır. Biz heç bir səhv etməmişik, mən də heç bir səhv etməmişəm. Bunu hamı bilir və böyük dəstək var".
Aysel Şirinova


