Yunanıstanda 20 nəfərin ölümünə səbəb olan meşə yanğınları ilə əlaqədar yanğın törətməkdə şübhəli bilinən 140 nəfər saxlanılıb.
32gun.az xəbər verir ki, bu barədə Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis istintaqla bağlı açıqlamasında bildirib.
Saxlanılanlardan 79-u haqqında ittiham irəli sürüldüyünü deyən Marinakis, meşə yanğını ilə bağlı hadisələrdən 62-nin təsadüfi yanğın, 11-nin isə qəsdən törədilməsi ilə bağlı olduğunu bildirib.
Aysel Şirinova