Türkiyənin Rizə ərazisində gecə saatlarında başlayan şiddətli yağışdan sonra əhalinin daimi istifadəsində olan yol çöküb.
32gun.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə yolda 5 metr genişliyində çuxur yaranıb.
Nəticədə yol bağlanıb.
Digər tərəfdən, ərazidə hakim olan hava şəraiti səbəbilə kiçik sürüşmələr yaranıb, bəzi küçələrdə gölməçələr əmələ gəlib.
Aysel Şirinova

