Türkiyənin Bursa şəhərində maraqlı hadisə yaşanıb.
32gun.az xəbər verir ki, şəxsiyyəti hələlik məlum olmayan bir nəfər avtomobil yolunun üzərində yatıb. Ətrafdakı insanların xəbərdarlığına məhəl qoymayan şəxs sürücülərə çətin anlar yaşadıb.
Bir müddət sonra isə qalxaraq yoluna davam edib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Şəxsin axtarışlarına başlanılıb.
Aysel Şirinova



