İstanbulun Bakırköy adlı ərazisində "pitbull" dəhşəti yaşanıb.
32gun.az Türkiyə KİV-nə istinadən bildiri ki, küçədə gəzən şəxs pitbull itinin hücumuna məruz qalıb. Ayağından yaralanan Ahmet D. qanlar içində qalıb.
Hadisə yerinə səhiyyə və polis qrupları sövq edilib.
Yaralı Əhməd D təcili tibbi yardımların ilk müdaxiləsindən sonra Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasına aparılıb.
İtin sahibləri olduğu bildirilən iki şəxs Polis İdarəsinə aparılıb.
Ayxan


