Çin Xalq Respublikasının sədir Si Cinpin bölgə hakimiyyətini "islamın çinləşdirilməsini dəstəkləməyə" çağırıb.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə sədr bu çağırışı uyğur türklərinin və müsəlmanların məskunlaşdığı Sincana səfəri zamanı bildirilib.
Məlumata əsasən Si Cinpin Pekinin müsəlman uyğur əhalisinə qarşı insan haqlarını kobud şəkildə pozmaqda ittiham olunduğu regional hakimiyyət orqanları ilə görüş keçirib.
Qeyd edək ki, çoxlu sayda uyğur türkləri və digər müsəlman azlıqlar əsassız həbslərə məruz qaldıqları halda, Çin hökuməti müsəlman azlığa qarşı assimilyasiya cəhdləri həyata keçirməkdə və insanları “təlim düşərgələri” adlandırdığı yerlərdə işləməyə məcbur etməkdə ittiham olunur.
Aysel Şirinova